“Altay — türk aləminin qızıl beşiyi” beynəlxalq elmi konfransına azərbaycanlı alim dəvət almışdır

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazov bu il sentyabrın 6-7-də Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində hər il keçirilən “Altay — türk aləminin qızıl beşiyi” beynəlxalq arxeoloji elmi-praktiki konfransına dəvət edilmişdir.

Artıq üçüncü dəfə göstərilən konfransa dəvət alan Tahir Şahbazovun bildirdiyinə görə, konfrans Qazaxıstan Respublikasının Birinci Prezidenti Nursultan Nazarbayevin “Mənəvi maariflənmə” proqramı çərçivəsində təşkil edilir. Konfransın əsas məqsədi beyənlxalq elmi ictimaiyyəti Şərqi Qazaxıstan regionunun geniş arxeoloji potensialı ilə tanış etməkdir. Konfransda arxeologiya və türkologiya üzrə dünya mütəxəssisləri dəvət olunurlar.

ƏvvəlkiBakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək.
NövbətiQadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır