Almaniyada təyyarələr göydə toqquşdu: Hər iki pilot həlak oldu

Almaniyanın Türingiya federal əyalətində səmada aviaşou təyyarələrin toqquşması nəticəsində iki pilot həlak olub.

Qəza Gera-Leumnits aerodromunun yaxınlığındakı açıq ərazidə baş verib.

Qəzadan sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və yanğınsöndürmə briqadası gəlib.

Ölənlərin adları və hadisənin səbəbləri hazırda açıqlanmır.