Almaniya Ukraynaya siyasi və hərbi dəstəyin davam edəcəyinə zəmanət verib

Almaniya kansleri Olaf Şolts Berlində Ukraynanın Baş naziri Denis Şmıqal ilə bir saata yaxın davam edən görüş keçirib.

“Report” xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Ukraynadakı hərbi, humanitar və iqtisadi vəziyyəti müzakirə ediblər.

“Kansler vurğulayıb ki, Almaniya Ukraynaya hərbi, eləcə də siyasi, maliyyə və humanitar dəstək üçün səylərini zəiflətməyəcək”, – məlumatda deyilir.