Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Pirqulu stansiyasından 12 kilometr cənubda, Şamaxı-Ağsu sərhədi (Ağsu) rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə AZƏRTAC-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, zəlzələ episentrdə 4 bal, ətraf yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.


















































