Ağsuda şagird məktəbin bufetində qidadan zəhərlənib

Ağsu rayonunda məktəbdə qidadan zəhərlənmə faktı baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Ağsu şəhər 2 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Nəsibov Əzizağa Vüqar oğlu məktəbin bufetində satılan qablaşdırılmış quru çörəyi alıb yedikdən sonra zəhərlənib. O, təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.