Ağsu dolaylarında baş verən yanğın davam edir

İyunun 16-da saat 16 radələrində Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu dolayları adlanan ərazisindən keçən 150-159–cu kilometrliyində baş verən yanğın davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 4 istiqamətdə baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin iki helikopteri və Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti cəlb olunub.

Artıq 3 saatdır davam edən yanğınla mübarizəyə baxmayaraq, təxminən 20 hektardan çox sahə, o cümlədən taxıl zəmiləri, quru ot və kol-kos, habelə meşə zolağı yanıb.

Yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir. Yanğın ərazisində yol bağlanıb, avtomobillərin hərəkəti dayandırılıb.