Ağdam sakini minaya düşərək ölüb

Ağdam sakini minaya düşərək həlak olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 15-də saat 17 radələrində 1980-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlu Ağdam rayonunun işğaldan azad edilmiş Tağıbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Aparılmış araşdırmalarla Zaur Ağayevin kənd təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ölməsi müəyyən edilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq davam edir.