Ağdam rayonunda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbir keçiriləcək

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Doğma Yurda Qayıdış” İctimai Birliyinin “Ağdam rayonunda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbirin keçirilməsi ” adlı layihəsinə start verilib.

Bu barədə saytımıza “Doğma Yurda Qayıdış” İctimai Birliyinin sədi, layihənin rəhbəri Səməd Hətəmov məlumat verib.

Layihə rəhbəri deyib ki, layihə çərçivəsində Ağdam rayonunda birinci və ikinci Qarabağ müharibəsi iştirakçılarının, şəhid ailələrinin, kollec tələbələrinin, orta məktəbin yuxari sinif şagirdlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərən şəhid və qazilərimizi tərənnüm edən tədbir keçiriləcək, döyüş səhnələrindən müxtəlif kadrlar nümayiş etdiriləcək, 25 şəhid ailəsi və qazimizə hədiyyə təqdim ediləcək.

Əvvəlki110 illik yubleyi qeyd olunan Mirvarid Dilbazinin yaradıcılığını təbliğ edən sayt hazırlanacaqdır
NövbətiPrezident İlham Əliyev: Azərbaycan-Ukrayna münasibətlərinin hazırkı səviyyəsi və gündən-günə genişlənməsi xüsusi məmnunluq doğurur