Ağcabədidə ağır yol qəzası: 3 nəfər xəsarət alıb

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Rayon sakini İxtiyar Xudiyevin idarə etdiyi “ZİL-131” markalı yük maşını hərəkətdə olarkən Nazim Quliyevin idarə etdiyi KİA markalı avtomobillə toqquşub.

Nəticədə KİA-nın sürücüsü və avtomobildə olan 2 qadın sərnişin ağır xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Ağcabədi  Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralıların vəziyyətini orta ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiPrezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib
NövbətiNaxçıvana gedən sərnişin avtobusları İranda gömrük yoxlamasından keçməyəcək