Ağcabədi rayonunda 272 arıçıya subsidiya veriləcək

Bu il Ağcabədi rayonunda arıçılıqla məşğul olan 272 arıçıya saxladıqları 4982 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 49 min 820 manat subsidiyanın verilməsi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Etibar Mamedov məlumat verib.

Qurum rəsmisi bildirib ki, arıçılıq təsərrüfatlarında olan arı ailələri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata alınıb. Yaxın vaxtlarda arıçılara subsidiyanın ödənilməsinə başlanılacaq.

Qeyd edək ki, ötən il Ağcabədi rayonunda arıçılıqla məşğul olan 201 arıçıya saxladıqları 3104 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 31 min 40 manat subsidiya ödənilib.