ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü başlayıb.
AZƏRTAC-ın məlumatına görə, bu, Səudiyyə Ərəbistanı Şahzadəsinin səkkiz ildən sonra Vaşinqtona ilk səfəridir. Görüşün gündəliyinə ABŞ-Səudiyyə Ərəbistanı təhlükəsizlik əlaqələri, o cümlədən Birləşmiş Ştatların Səudiyyə Ərəbistanına “F-35” qırıcı təyyarələrini satması, silah müqavilələri, ticarət və investisiya daxildir.
Tramp görüşdə Səudiyyə Ərəbistanının Abraham Sazişinə qoşulmasını və İsrail ilə münasibətləri normallaşdırmasını müzakirə etmək niyyətindədir.
























































