“ADY Express” keçən il Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 50 min tonadək yük daşıyıb

Ötən il “ADY Express” MMC Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə ümumilikdə 49 min 739 ton yük nəql edib.

MMC-dən AZƏRTAC-a bildirilib ki, bu yüklərin 97 faizi tranzit, 3 faizi isə idxal yüklərin payına düşüb.

Qeyd edək ki, 2019-cu ildə BTQ vasitəsilə şirkət 25 min 722 ton yük nəql etmişdi.