Açıq Hökumət Tərəfdaşlı Təşəbbüsü”nün rayonlarda təbliğatı aparılır

“Demokratik İnkişafın Təşviqi ” İctimai Birliyi “Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsnün regionlarda  sahibkarlar  arasında təbliğ  və təşviqi” adlı layihə çərçivəsində Neftçala rayonunda  Dəyirmi Masa keçirib.

Qeyd edək ki, layihə Azərbaycan Pespublikası Rrezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstək Fondunun maliyyə yardımı ilə həyat keçirilib.

Tədbiri layihə rəhbəri Rüfət Şıxıyev açaraq, təşəbbüslə bağlı tədbir iştirakçılarını məlumatlandırıb. O, bildirib ki,  Azərbaycan 2011-ci ildə “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə qoşulub. Burada məqsəd şəffaflığın artırılması və “Açıq Hökumət” sahəsində fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübə mübadiləsinin aparılmasıdır: “Hökumət “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə qoşulmaqla “Açıq Hökumət”in təşviqi və şəffaflığın artırılması ilə əlaqədar öz fəaliyyətini təkmilləşdirmək, bu sahədə aparılan təcrübə mübadiləsinə töhfə vermək və beynəlxalq səylərə qoşulmaq niyyətini bildirib. Açıq Hökumət Təşəbbüsünün (AHT) mahiyyəti ondan ibarətdir ki, dövlət özü şəffaflığı təmin etməklə vətəndaş iştirakçılığını stimullaşdırmağa çalışır”.

Layihənin eksperti  Şaban Nəsirova bildirib ki, internet texnologiyaların sürətli inkişafı vətəndaşların dövlət orqanlarının fəaliyyəti ilə bağlı məlumatlanması üçün geniş imkanlar açır. Bu zaman isə bilgili vətəndaş hakimiyyət və dövlət orqanlarının fəaliyyətinin daha  da yaxşılaşdırılmasında maraqlı olur. İnformasiya açıqlığını təmin etməklə dövlət vətəndaşların da bilgili olmasını təmin edir, daha çox məlumat almaq imkanı olanda isə vətəndaş iştirakçılığı geniş vüsət alır: “Dövlət tərəfindən elə mexanizmlər yaradılır ki, vətəndaşlar dövlət orqanlarının fəaliyyətində nəinki, səhvləri aşkarlaya bilsinlər, eyni zamanda onların həllində, optimal qərarların qəbulunda iştirak edə bilsinlər. Bununla dövlət etimad mühiti yaradır və sadə vətəndaşların idarəetməyə cəlb edilməsiylə miqyaslı vəzifələrin həllini optimallaşdırır”.

Şaban Nəsirov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı ildə imzaladığı müvafiq sərəncam ilə  növbəti, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Plan 11 istiqamət üzrə qruplaşdırılmış 58 tədbiri əhatə edir: “Milli Fəaliyyət Planının təsdiqlənməsi ilə bağlı sərəncamda tövsiyyə olunub ki, tədbirlərin həyata keçirilməsinə, dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutları cəlb olunsun. Eyni zamanda “Açıq Hökumət Tərəfdaşlığı”nın əsas prinsiplərindən biridə Fəaliyyət Planının icrasının vətəndaş cəmiyyətinin cəlb edilməsidir. Açıq HökumətinTəşviqi üzrə vətəndaş cəmiyyəti Platformasının formalaşdırılması üçün imkan yaradılması çox vacibdir”.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi  Elnur Bağırov rayonda bu sahə üzrə görülən işlər barədə ətraflı məlumat verib.

Tədbirdə qadın sahibkarlar fəal iştirak edib. Xanım sahibkarlar gördüyləri işlər barədə məlumat verməklə yanaşı , üzləşdikləri problemləri dilə gətriblər. Əsasan maarifləndirici məlumatlara ciddi ehtiyac olduğu vurğulanıb.

Sahibkarlar dövlət qurumlarına müraciət etmək, informasiya toplamaqla bağlı lazım olan internet resursları ilə maraqlanıblar.

Yerli QHT sədri Gülqədəm Mirzəzadə  belə tədbirlərin önəmindən danışıb.

“ Horiyat Xeyriyyə” İctimai Birliynin sədri Elşad Əzizov isə təklif edib ki, yerli QHT-lərdən ibarət rayon və ya bölgə birliklərinin yaranması vətəndaş cəmiyyətin maarifləndirilməsinə ciddi təkan verə bilər.

Tədbirin sonunda layihə rəhbəri Rüfət Şıxıyev Dəyirmi Masanın reallaşmasında göstərdiyi köməyə görə. Neftçala rayonunun İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevə  və tədbirin təşkilində yaxından  iştirak edən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi  Elnur Bağırova  öz təşəkkürünü bildirib.