AÇG-dən 287 mln.ton mənfəət nefti satılıb

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku istifadəyə verilən gündən (1997-ci il) bu günə qədər ümumilikdə 492 mln. ton neft hasil edilib.

“Report”un məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Əsin Müqaviləsi: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” mövzusunda keçirilən dəyirmi masa zamanı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, hasil edilən neftin 287 mln. tonunu Azərbaycanın mənfəət nefti təşkil edib.

X. Yusifzadə bildirib ki, bu ilin yanvar-avqust ayları ərzində AÇG-dən 18 mln. ton neft hasil edilib. Bu neftin 13 mln. tonu Azərbaycanın mənfəət neftidir. Bu da bu yataqlar blokundan hasil edilən ümumi neftin 75%-ni təşkil edir.