ABŞ və Kanada “Qızıl qübbə” raketdən müdafiə sistemi üzərində birgə işləyəcək

ABŞ və Kanada “Qızıl qübbə” raketdən müdafiə sistemi üzərində birgə işləyəcək.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karni ilə görüş zamanı jurnalistlərə deyib. O bildirib ki, bu, sistemqoruyucu mexanizmdir.

“Bu, inanılmaz sistemdir. Bilirsiniz, Ronald Reyqan bunu etmək istəyirdi və o zaman onların texnologiyası yox idi. İndi biz Kanada ilə “Qızıl qübbə” üzərində birlikdə işləyəcəyik. Fikrimcə, bu, çox vacibdir. Dünyada baş verənlərə baxdıqda görürük ki, bu müdafiəyə sahib olmalıyıq”, – deyə Tramp vurğulayıb.

ƏvvəlkiQəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib
NövbətiDubay hava limanları 2035-ci ilə qədər dünyada ən inklüziv aeroport olmağa iddia edir