ABŞ Ticarət Nazirliyi Çinin yeddi təşkilatını “qara siyahı”ya salıb

ABŞ Ticarət Nazirliyi Çinin yeddi təşkilatını “qara siyahı”ya daxil edib.

Trend bildirir ki, bu barədə qurumun Sənaye və təhlükəsizlik bürosunun məlumatında deyilir.

Qeyd olunur ki, həmin müəssisələrin fəaliyyəti ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradır. Məlumatda bildirilir ki, bu təşkilatlar Çinin hərbi modernləşdirilməsinin həyata keçirilməsi məqsədilə ABŞ istehsalı olan məhsulları əldə ediblər.

“Qara siyahı”ya bir şirkət və altı tədqiqat institutu, o cümlədən, aviakosmik sahədə ixtisaslamış institut daxil edilib.