ABŞ Somalidə terrorçuların mövqelərinə zərbələr endirib

ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı (AFRİKOM) Somalinin cənubunda “Əş-Şəbab” terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Komandanlığın rəsmi portalında bildirilir.

Məlumatda deyilir: “Hər iki hava zərbəsi Kunyo-Barrou şəhəri yaxınlığındakı mövqelərə endirilib. İlkin qiymətləndirmələr zərbələr nəticədə hər iki hədəfin məhv edildiyini göstərir”.

Qeyd edilir ki, zərbələr nəticəsində dinc əhali arasında ölən və xəsarət alan olmayıb.