ABŞ Senatının Komitəsi Kiyevə 500 milyon dollarlıq hərbi yardımı təsdiqləyib

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi 2028-ci ilə qədər Ukraynaya hərbi yardım üçün 500 milyon dollar vəsaitin ayrılmasını təsdiqləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə komitənin dərc etdiyi sənədlərdə deyilir.

Müvafiq bənd bu komitə tərəfindən təsdiqlənən 2026-cı maliyyə ili üçün ABŞ-nin müdafiə büdcəsi layihəsinə daxil edilib.

Komitənin təklif etdiyi büdcə layihəsi ABŞ-nin Ukraynaya etibarlı müdafiə qabiliyyətinin təmin olunmasında kömək etmək üçün əməkdaşlığı gücləndirmək siyasəti elan edir.

ƏvvəlkiAİ Azərbaycan və Ermənistan arasında sülh prosesini diqqətlə izləyir
NövbətiQərb Ukraynaya silah tədarükünü bərpa edib