ABŞ Səudiyyə Ərəbistanına 142 milyard dəyərində silah satacaq

Ağ Ev ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində imzalanan strateji iqtisadi tərəfdaşlığa dair sazişin detallarını açıqlayıb.

AZƏRTAC-ın məlumatına görə, sazişə əsasən Səudiyyə Ərəbistanı ABŞ-a 600 milyard dollar sərmayə yatırmaq öhdəliyini üzərinə götürüb.

Bildirilir ki, bu, ABŞ-ın enerji təhlükəsizliyini, müdafiə sənayesini, texnologiyada liderliyini, qlobal infrastruktura və kritik minerallara çıxışını gücləndirəcək. Müqaviləyə həm də 142 milyard dollar dəyərində silah satışı daxildir. Bu indiyə kimi imzalanmış ən böyük həcmdə silah sazişidir.

Saziş əsasında Səudiyyə Ərəbistanına hava qüvvələrinin inkişafı və kosmik imkanlar, hava və raketdən müdafiə, dəniz və sahil təhlükəsizliyi, sərhəd təhlükəsizliyi və quru qüvvələrinin modernləşdirilməsi və informasiya və rabitə sistemlərinin təkmilləşdirilməsi istiqamətlərində silahlar satılacaq.

ƏvvəlkiRomada Korsika xalqının qarşılaşdığı əsas problemlərlə bağlı konfrans keçirilib
NövbətiTürkiyə Prezidenti Ankarada NATO-nun Baş katibini qəbul edib