ABŞ Prezidenti Polşaya səfər edəcək

Bu gün ABŞ Prezidenti Co Baydenin Polşaya ikigünlük səfəri başlayır.

AZƏRTAC Polşa Mətbuat Agentliyinə (PAP) istinadla xəbər verir ki, səfər zamanı ABŞ dövlət başçısı Polşa Prezidenti Andrjey Duda ilə danışıqlar aparacaq, ölkənin sərhəd regionlarında könüllülər və qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşəcək və Ukrayna qaçqınlarının vəziyyəti ilə yaxından tanış olacaqdır.

Polşa Prezident Administrasiyasından bildirilib ki, ABŞ dövlət başçısının Polşaya səfəri son vaxtlarda ABŞ-dan yüksək səviyyəli səfərlər seriyasının məzmunca zirvə nöqtəsi hesab edilir. Qeyd edilib ki, son həftələrdə ABŞ-ın vitse-prezidenti, müdafiə naziri və dövlət katibi Polşaya səfə ediblər.

C. Baydenin Polşaya səfəri çərçivəsində müzakirə ediləcək mövzular arasında NATO və Polşanın şərq cinahının təhlükəsizliyinin təmin olunması da dayanacaqdır.