ABŞ İŞİD-in “Bitlz” qrupundan olan iki cəlladı Suriyadan çıxarıb

“ABŞ kürdlərin və ya Türkiyənin vəziyyətə nəzarəti itirəcəyindən ehtiyat edərək, “Bitlz” kimi tanınan, Suriyada baş kəsmələrdə əlaqəli olan iki İŞİD döyüşçüsünü artıq Suriyadan çıxarıb və ABŞ-ın nəzarətində olan təhlükəsiz yerə aparıb”.

Türk.az-ın verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti Donald Tramp “Twitter”də yazıb.

“Onlar pislərdən də pisdir”, – deyə D. Tramp qeyd edib.

Xatırladaq ki, ötən il YPG Alexanda Amon Kotey və El Shafee Elsheikh adlı ingilis döyüşçülərini ələ keçirib. “Nyu-York Tayms” qəzetinin yazdığına görə, bu iki şəxs Suriyada əsirlərə işgəncələr vermək, edam etməklə tanınıblar. İŞİD-in ingilis cəlladları işgəncələrə məruz qalan şəxslər tərəfindən “Bitlz” olaraq adlandırılıb. “Bitlz” 4 nəfərdən ibarət olub.

ƏvvəlkiBaş nazir Gürcüstan vətəndaşlarını Keşikçi dağla bağlı məsuliyyətli və ehtiyatlı davranmağa çağırıb
NövbətiAzərbaycan Prezidenti Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya nazirini qəbul edib