ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

ABŞ Xəzinədarlıq Departameti İran məhsullarının daşınmasında iştirak etdiyi deyilən əlavə 29 gəmiyə sanksiya tətbiq edib.

AZƏRTAC-ın məlumatına görə, yanvar ayından bu yana Tramp administrasiyası İran neft və qaz ticarəti ilə əlaqəli olan 180-dən çox gəmini sanksiyalar altına alıb. Yeni sanksiya tankerləri idarə edən gəmiçilik şirkətlərinə də şamil edilir. Sanksiyalar həmin şirkətlərin ABŞ-da aktivlərə sahib olmasını və ya ABŞ müəssisələri və ya fərdləri ilə hər hansı bir iş görməsini qadağan edir.

Əvvəlki“Mediada inklüziv dildən istifadənin təşviqi” mövzusunda seminar keçirilib
NövbətiPekin: Tayvan məsələsi Çin-ABŞ münasibətlərində keçilməz olan ilk qırmızı xətdir