ABŞ-ın Kentukki ştatında 45 min butulka viski yanıb

ABŞ-ın Kentukki ştatında Jim Beam alkaqol içkiləri istehsal edən şirkətin anbarında yanğın baş verib. Yanğın nəticəsində 7 milyon litr həcmində 45 min butulka burbon içkisi yanmışdır.

Yanğın iyunun 3-ü gecə saatlarında başlamış ayın 4-ü söndürülmüşdür. Baş vermiş hadisənin səbəbi kimi ildırım düşməsi güman edilir.

Şirkətdən verilən xəbərə görə, hadisə nəticəsində 90-300 milyon ABŞ dolları miqdarında zərər dəymişdir.

Jim Beam şirkəti Kentukki ştatında 3,3 milyon boçka saxlanılan 126 anbara malikdir. Yanğın hadisəsi zamanı məhsulun təxminən 1,4 faizi məhv olmuşdur.

ƏvvəlkiAQTA anti-sanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlayıb
NövbətiÖlkədə marketlərdə yeni nəsil nəzarət-kassa aparatları tətbiq ediləcək