ABŞ hərbi yolla İranın nüvə silahı əldə etməsinin qarşısını almağa hazırdır

ABŞ prezidenti Cozef Bayden İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məsələsinin hərbi yolla həll etməyə hazırdır.

“Report”un məlumatına görə, bunu “Foreign Policy” jurnalının təşkil etdiyi onlayn konfransda ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Cozef Bayden İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün zərurət yaranarsa, son çarə kimi hərbi varianta razılaşacağını bildirib.

Robert Malli əlavə edib ki, hazırda buna ehtiyac yoxdur.