ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini 3,75-4 %-ə qaldırıb

Ölkənin mərkəzi bankı funksiyalarını yerinə yetirən ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) iki günlük noyabr iclasının nəticələrinə əsasən, uçot dərəcəsini ardıcıl dördüncü dəfə 75 baza bəndi artırıb – 3,75-4 %-dək.

“Report” xəbər verir ki, bu barədə FES-in saytında məlumat verilib.

“Komitə uzunmüddətli perspektivdə maksimum məşğulluq və 2 % inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq komitə federal fondlar üzrə hədəf diapazonunu 3,75-4%-ə yüksəltmək qərarına gəlib”, – açıqlamada qeyd olunub.

FES uçot dərəcəsinin hədəf diapazonunun daha da artırılmasını məqsədəuyğun hesab etdiyinə də aydınlıq gətirib.

ƏvvəlkiNoyabrın 2-də Azərbaycanda COVID-19 əleyhinə 491 doza vaksin vurulub
Növbəti“Əbədiyyət yolu” kitabının təqdimat mərasimi keçirilib