ABŞ-dan Türkmənistana sanksiya

ABŞ Türkmənistandan pambıq və pambıq məhsullarının gətirilməsinə qadağa qoyub.

Türk.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Gömrük və Sərhəd Mühafizəsi İdarəsi yayıb. Vaşinqton hansı səbəbdən belə qərar verdiyini açıqlamayıb. Mətbuat qərarın verilməsinə əsas səbəb kimi Türkmənistanda qul əməyindən istifadəni göstərib.

Qeyd edək ki, qərarın qəbuluna de-fakto “Kotton Kempein” təşkilatı (pambıq sənayesində uşaq və qul əməyinin ləğvinin tərəfdarıdır – red.) lobbiçilik edib. Məhz bu təşkilat bir müddət əvvəl “İnditeks”, İKEA və H&M şirkətlərinin türkmən pambığını almasına maneə yarada bilib.

Hazırda dünya bazarında pambıq istehsalına görə əsas liderlər ABŞ, Braziliya, Hindistan və Avstraliya hesab edilir. Türkmənistanın dünya bazarında bu istiqamətdə payı 2%-dir.