ABŞ-da məktəbdə atışmada 3 nəfər ölüb, 20 nəfər yaralanıb

Minnesota ştatının Minneapolis şəhərində məktəbdə baş vermiş atışma zamanı hadisəni törədən şəxs də daxil olmaqla 3 nəfər ölüb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ-ın Ədliyyə Departamenti açıqlama yayıb. Hadisə zamanı 20 nəfərin də xəsarət aldığı bildirilir. Ölənlərin və cinayəti törədən şəxsin kimliyi barədə məlumat verilməyib.

Qeyd edək ki, hadisənin baş verdiyi məktəbdə 8-ci sinfə qədər uşaqlar təhsil alır.

ƏvvəlkiAbbas Əraqçi: İran təhlükəsizlik zəmanəti verilərsə, nüvə proqramı üzrə ABŞ ilə danışıqlara hazırdır
NövbətiBasketbol üzrə Türkiyə millisi Avropa çempionatına qələbə ilə başlayıb