ABŞ-da bayraqlar yarıya qədər endirilib

ABŞ Prezidenti Donald Tramp amerikalı konqresmen Duq LaMalfanın ölümü ilə əlaqədar ölkədəki bayraqların yarıya qədər endirilməsini əmr edib. AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının üzvü, Respublikaçılar Partiyasının təmsilçisi Duq LaMalfa 65 yaşında vəfat edib. O, Şimali Kaliforniyada yerləşən birinci seçki dairəsini təmsil edib və Konqresin Qərb Fraksiyasının sədri olub.

ƏvvəlkiSalyanda yol qəzası olub, 9 nəfər xəsarət alıb
NövbətiRayonlarda yanvarın 9-u gündüzdən 10-u axşamadək hava yağıntılı olacaq, yollar buz bağlayacaq