ABŞ Çin şirkətinə qarşı sanksiya tətbiq etdi

ABŞ hökumətinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İranın “Mahan Air” hava yolu şirkətilə əməkdaşlıq etdiyi üçün Çinin “Shanghai Saint Logistics Limited” şirkətini sanksiya siyahısına salıb.

“Report” xəbər verir ki, bu barədə OFAC-ın açıqlamasında deyilir.

Bildirilir ki, Çin şirkətinə İslam İnqilabı Keşikçiləri Korpusunu dəstəklədiyinə görə sanksiya siyahısına daxil edilmiş “Mahan Air” üçün baş ticarət agenti qismində fəaliyyət göstərdiyi üçün sanksiya tətbiq edilib.