Polşa NATO-nu müdafiə xərclərini 2030-cu ilə qədər artırmağa çağırıb

Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış NATO ölkələrini 2030-cu ilə qədər hərbi xərcləri ÜDM-in 5 %-nə qədər artırmağa çağırıb.

“Report” xəbər verir ki, nazir bu barədə Polşada akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri ilə görüşdə çıxışı zamanı bildirib.

“Hesab edirəm ki, biz 2035-ci ilə qədər gözləməməliyik, NATO ölkələri silahlanma xərclərini 2030-cu ilə 5 % səviyyəsinə çatdırmalıdırlar”, – Kosinyak-Kamış qeyd edib.

Qeyd edək ki, NATO ölkələrinin liderləri Vaşinqtonun təşəbbüsü ilə 2025-ci ilin iyununda Haaqada keçirilmiş sammitdə müdafiə xərclərini 2035-ci ilə qədər ÜDM-in 5 %-nə kimi artırmağa razılaşıblar.

ƏvvəlkiAİ ilə Azərbaycan arasında regional bağlantılar və tərəfdaşlıq məsələləri müzakirə olunub
NövbətiTramp: Bir ildə ABŞ iqtisadiyyatına sərmayələrin həcmi 18 trln. dollar təşkil edib