Ağsuda zəlzələ olub

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Pirqulu stansiyasından 12 kilometr cənubda, Şamaxı-Ağsu sərhədi (Ağsu) rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə AZƏRTAC-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, zəlzələ episentrdə 4 bal, ətraf yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

ƏvvəlkiFənn olimpiadalarının rayon (şəhər) mərhələsində Qarabağ regionu üzrə 1900-dən çox şagird iştirak edib
NövbətiSuriyada atəşkəs əldə olunub, hökumət neft yataqlarına nəzarət edəcək