Ağ Evdə Tramp və Maçado arasında görüş keçirilir

ABŞ Prezidenti Donald Trampla Venesuela müxalifət lideri Mariya Korina Maçado arasında görüş keçirilir.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit açıqlayıb.

“Bilirəm ki, Prezident bu görüşü səbirsizliklə gözləyirdi və o, Venesuela xalqının bir çoxu üçün həqiqətən də əlamətdar və cəsur bir səs olan xanım Maçado ilə yaxşı və müsbət bir müzakirə olacağını düşünür”, – deyə Livit bildirib.

ƏvvəlkiAğ Ev İranda planlaşdırılan 800 edamın dayandırıldığını açıqlayıb
Növbətiİsrail hava qüvvələri Livanın üç bölgəsində “Hizbullah”ın bazalarına zərbələr endirib