Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaia saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə məlumat verilib.
DTX-nin məlumatına görə, istintaqla müəyyən edilib ki, 4 oktyabr hadisələrinə internet tətbiqləri vasitəsilə məhz Baço Axalaia rəhbərlik edib.
O, həmin vaxt Tbilisidə baş verən hadisələrlə bağlı başlanmış cinayət işi çərçivəsində 10 oktyabr tarixində Mərkəzi Kriminal Polis Departamentində şahid qismində və səs nümunəsinin götürülməsi məqsədilə dindirilib. Dindirilmə Paata Burçuladze ilə Baço Axalaia arasında olan və yayılan telefon danışığına aid olub.






















































