Azərbaycana qış fəsli gəldi

Azərbaycana qış fəsli daxil oldu.

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından verilən məlumata görə, qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03-də daxil olub. Bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində yay fəsli başlayıb.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə) olur.

Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək.

Əvvəlkiİlon Mask 700 milyard dollarlıq sərvətlə tarixi rekorda imza atıb
NövbətiAzərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası Bakıda keçiriləcək