Futbol üzrə dünya çempionatının püşkü atılıb

ABŞ, Kanada və Meksikanın 2026-cı ildə ev sahibliyi edəcəyi dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Vaşinqtonda təşkil olunub.

A qrupu: Meksika, Cənubi Afrika Respublikası, Cənubi Koreya, D pley-offunun qalibi (Danimarka/Şimali Makedoniya – Çexiya / İrlandiya cütünün qalibi)

B qrupu: Kanada, Qətər, İsveçrə, A pley-offunun qalibi (İtaliya/Şimali İrlandiya – Uels/Bosniya və Herseqovina cütün qalibi)

C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya

D qrupu: ABŞ, Paraqvay, Avstraliya, C pley-offunun qalibi (Türkiyə/Rumıniya – Slovakiya/Kosovo cütünün qalibi)

E qrupu: Almaniya, Kurasao, Kot d`İvuar, Ekvador

F qrupu: Niderland, Yaponiya, B pley-offunun qalibi (Ukrayna/İsveç – Polşa/Albaniya cütünün qalibi), Tunis

G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya

H qrupu: İspaniya, Kabo Verde, Səudiyyə Ərəbistanı, Uruqvay

I qrupu: Fransa, Seneqal, Norveç, 2-ci pley-offun qalibi

J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya

K qrupu: Portuqaliya, 1-ci pley-offun qalibi, Özbəkistan, Kolumbiya

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana

Açılış oyununda Meksika ilə Cənubi Afrika Respublikası qarşılaşacaq.

DÇ-2026 iyunun 11-dən iyulun 19-dək 48 milli komandanın iştirakı ilə keçiriləcək.

Əvvəlki2026‒2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsi tikiləcək
NövbətiAzərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri Avropa İttifaqının rəsmi şəxslərinə açıq məktub ünvanlayıblar