Azərbaycanın veteranlardan ibarət cüdo millisi dünya çempionatını 6 medalla başa vurub

Azərbaycan millisi Parisdə keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında çıxışını başa vurub.

AZƏRTAC xəbər verir ki, dördüncü yarış günündə bir usta cüdoçumuz fəxri kürsüyə qalxıb. M8 yaş kateqoriyasında Fərhad Rəcəbli (90 kiloqram) mundialın gümüş mükafatına layiq görülüb.

Xatırladaq ki, daha əvvəl Mövlud Mirəliyev (M5, 100 kiloqram) qızıl, Qurban Məmmədli (M2, +100 kiloqram), Vüqar Babayev (M3, 66 kiloqram), Zaur Bağırov (M4, +100 kiloqram) və Azər Əsgərov (M6, (100 kiloqram) isə bürünc medala yiyələniblər.

Beləliklə, komandamız mötəbər turniri 1 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümumilikdə 6 medalla tamamlayıb.

ƏvvəlkiSahibə Qafarova COP30-un Liderlər Sammitinin açılış mərasimində iştirak edir
NövbətiÇempionlar Liqası: “Araz-Naxçıvan”ın 1/8 finaldakı rəqibi bəlli olub