Eldəniz Əzizli dünya çempionatında 7-ci medalını qazanıb və yeni rekordçu olub

Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.

Azərbaycan təmsilçilərindən Eldəniz Əzizli (55 kiloqram) bürünc medal görüşündə qırğızıstanlı Ulan Uulu ilə qarşılaşıb. Rəqibinə elə ilk hissədə tam üstünlüklə (9:0) qalib gələn millimizin kapitanı dünya üçüncüsü olub. Beləliklə, karyerasında 7-ci dəfə böyüklər arasında fəxri kürsüyə qalxan (4 qızıl, 3 bürünc) Eldəniz bu göstəricidə Azərbaycan güləşinin yeni rekordçusu olub.

ƏvvəlkiTramp: Si Cinpinlə “TikTok” razılaşmasının təsdiqi ilə bağlı irəliləyiş əldə etdik
NövbətiRuanda Prezidenti Pol Kaqame Azərbaycana rəsmi səfərə gəlib