Yekaterinburqun Lenin Rayon Məhkəməsi istintaq təcridxanasına daha bir azərbaycanlını – Əziz Abasovu göndərib.
AZƏRTAC xəbər verir ki, yerli media daha əvvəl Kamal Səfərov barəsində həbs qətimkan tədbiri seçildiyi barədə məlumat yayıb. K.Səfərov bildirib ki, o, ailəlidir və iki yetkinlik yaşına çatmış övladı var. Texnikumda qaynaqçı ixtisası üzrə təhsil alıb, fərdi sahibkardır. “Xəstəxanaya düşdüm. Bu gün məni istintaq komitəsinə çağırdılar, sonra məhkəməyə gətirdilər”, – deyə o, hakimin suallarını cavablandırıb.
Daha sonra Əziz Abasovun məhkəməsi keçirilib. O, 1968-ci ildə anadan olub, evlidir, övladı yoxdur. Fərdi sahibkardır. Bundan əvvəl məhkum olunmayıb. Hər iki təqsirləndirilən şəxs barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçilib. Onlardan heç biri özünü təqsirli bilmir.