Pravoslavlar Pasxa bayramını qeyd edir

Bu gün pravoslavlar Pasxa bayramını qeyd edir.

Turk.az-ın məlumatına görə, Pasxa xristian dünyası üçün müqəddəs dini bayramdır və İsa peyğəmbərin dirilişinə həsr edilib.

Pasxa bayramı bu il pravoslav təqvimi ilə aprelin 8-də qeyd edilir. Ənənəyə görə, dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.

ƏvvəlkiNyu-Yorkdakı “Trump Tower” göydələnində yanğın olub, xəsarət alanlar var
Növbətiİranda zəlzələ olub