Cəlilabadda ağır yol qəzasında xəsarət alanların sayı 8-ə çatıb.
“Report”un Muğan bürosunun məlumatına görə, qəzada xəsarət alan 1995-ci il təvəllüdlü Əli Mirzəyev və 1991-ci il təvəllüdlü Ülvi Mustafayev də xəstəxanaya müraciət ediblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.