Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin Bakıda növbəti uçuşları keçirilib

Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterləri paradın məşqlərini davam etdirir.

Türk.az-ın məlumatına görə, iyunun 22-də hərbi təyyarə və helikopterlərin Bakı şəhəri üzərində növbəti uçuşları həyata keçirilib.

Uçuşlar əsasən paradın keçiriləcəyi “Azadlıq” meydanının üzərində olub.

Qeyd edək ki, iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Bakıda parad keçiriləcək.

ƏvvəlkiEkologiya və Təbii Sərvətlər Nazirliyi cərimələrin artırılması üçün hökumətə müraciət hazırlayır
NövbətiAzərbaycanda dövlət büdcəsinin artırılması hesabına əlavə vəsait ayrılacaq dövlət qurumlarının adları açıqlanıb