S-400 raket komplekslərindən istifadə etməyə hazırıq- Ərdoğan

Türk.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Hürriyət”ə açıqlamasında deyib.

“Biz S-400-ləri anbarda saxlamaq üçün almırıq. Zərurət olduğu halda dərhal istifadə edəcəyik. Bu, müdafiə sistemidir. Əgər istifadə etməyəcəyiksə, bəs onlar nəyə lazımdır?” – deyə dövlət başçısı bildirib.

Prezident xatırladıb ki, Ankara bir neçə il buna bənzər sistemləri Vaşinqtondan istəyib, lakin ABŞ Konqresi onların Türkiyəyə satışına qadağa qoyub.

ƏvvəlkiMəcburi Köçkün Uşaqlar Tibbi Müainədən Keçirildi:-Valideyinlər Maarifləndirildi
NövbətiDəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq