İmişlidə 49 yaşlı qadın bıçaqlanıb

İmişli rayonunda 49 yaşlı qadın bıçaqlanıb.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbənin sakini, 1970-ci il təvəllüdlü Ayna Əli qızı Əliyevaya yaşadığı mənzildə naməlum maskalı şəxs və ya şəxslər bıçaqla xəsarət yetirib. Yaralı sağ kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiPrezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib
NövbətiAzərbaycanın Müdafiə naziri Rusiyanın Baş hərbi prokuroru ilə görüşüb