Gəncədə YAP Gəncə şəhər, Kəlbəcər və Xocalı rayon təşkilatlarının ərazi ilk təşkilatlarının sədrləri və partiya fəalları ilə görüş keçirilib;FOTOLAR

Gəncə şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Gəncə şəhər, Kəlbəcər və Xocalı rayon təşkilatlarının ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəallarının iştirakı ilə müşavirə keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Baş nazirin müavini, YAP Sədrinin müavini Əli Həsənov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə, Elman Məmmədov, Musa Quliyev, Nazirlər Kabinetinin məsul işçisi Ramin Talıblı, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə tər gül dəsətələri düzüb, ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları ulu öndərin keçdiyi şərəfli həyat yolunu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirən Heydər Əliyev Muzeyi ilə yaxından tanış olublar.
Müşavirəyə Dövlət Himninin səsləndirilməsi ilə start verilib, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikası Baş nazirin müavini, YAP Sədrinin müavini Əli Həsənov çıxış edərək, müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi kursunu rəhbər tutan Prezident İlham Əliyevin yorulmadan dövlətçiliyin möhkəmləndirilməsi, xalqın firavan həyat şəraitinin inkişaf etdirilməsi naminə daim milli və dövləti maraqlarından çıxış etdiyini qeyd edib: “Uğurlu idarəetmə nəticəsində Azərbycan sabit şəraitdə sürətli inkişafını davam etdirir”.
Yeni Azərbaycan Partiyası sıralarında 750 minə yaxın Azərbaycan vətəndaşı birləşdiyini diqqətə çatdıran Əli Həsənov qarşıda duran məqsədin 27 il əvvəl yaradılan partiyanın şəhər və rayon təşkilatlarının ilk təşkilatlarının fəaliyyətinin daha səmərəli olmasını təmin etmək olduğunu qey edib.
Azərbaycan Respublikası Baş nazirin müavini ölkənin inkişafını və güclənməsini istəməyən qüvvələrin olduğuna toxunaraq sosial şəbəkələrdə ölkəmizə qarşı qarayaxma kampaniyasının aparıldığını vurğulayıb. Əli Həsənov bildirib ki, Yeni Azərbaycan Partiyasının üzvləri ölkəmizin qazandığı nailiyyətləri geniş təbliğ etmək işini fəal şəkildə davam etdirməli, ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələrin, radikal müxalifətin əsl niyyətlərini cəmiyyətimizdə ifşa etməlidirlər.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası – dünənin, bu günün, gələcəyin partiyasıdır” fikrini xatırladaraq qeyd edib ki, fəaliyyət göstərdiyi 27 il ərzində vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasında müstəsna xidmətləri nəticəsində partiya Azərbaycan dövlətinin müstəqilliyinin qarantına çevrilib. Niyazi Bayramov vurğulayıb ki, bu gün müstəqil Azərbaycanın etibarlı gələcəyinin möhkəm, sarsılmaz əsaslarının arxasında ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasəti dayanır.
YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev çıxışında Prezident İlham Əliyevin sədri olduğu YAP-ın bu gün qarşımızda xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi vəzifələri qoyduğunu bildirib. Həmçinin Naqif Həmzəyev YAP-ın sınanmış qabaqcıl qollarından birinə çevrilən YAP Gəncə şəhər təşkilatının da böyük inkişaf yolu keçdiyini qeyd edib: “Bu gün ətrafında 43 min 8 nəfər partiya üzvünü birləşdirən təşkilat qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirir. Sevindirici haldır ki, təşkilatının üzvlərinin 55,4 faizini gənclər, 62,1 faizini isə qadınlar təşkil edir”.
Tədbirdə həmçinin YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev,YAP Kəlbəcər rayon təşkilatının Aparat rəhbəri Qənaət Əsgərov çıxış ediblər.
Müşavirədə ictimai-siyasi proseslərdə ərazi ilk partiya təşkilatlarının, partiya fəallarının üzərinə düşən vəzifələr müzakirə olunub, müvafiq tövsiyə və tapşırıqlar verilib.
Sonda YAP sıralarına yeni qoşulmuş Bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub.

Nuhun Hamza adlı şəxsin şəkli.
Nuhun Hamza adlı şəxsin şəkli.
Nuhun Hamza adlı şəxsin şəkli.
Nuhun Hamza adlı şəxsin şəkli.
Nuhun Hamza adlı şəxsin şəkli.
Nuhun Hamza adlı şəxsin şəkli.
Nuhun Hamza adlı şəxsin şəkli.
Nuhun Hamza adlı şəxsin şəkli.
Nuhun Hamza adlı şəxsin şəkli.
Nuhun Hamza adlı şəxsin şəkli.Nuhun Hamza adlı şəxsin şəkli.
Nuhun Hamza adlı şəxsin şəkli.
Nuhun Hamza adlı şəxsin şəkli.
Nuhun Hamza adlı şəxsin şəkli.
Nuhun Hamza adlı şəxsin şəkli.
Nuhun Hamza adlı şəxsin şəkli.
Nuhun Hamza adlı şəxsin şəkli.
Nuhun Hamza adlı şəxsin şəkli.
ƏvvəlkiVladimir Putin: “Azərbaycanla münasibətlər uğurla inkişaf edir”
NövbətiKibertəhlükəsizliyə dair təlim keçiriləcək