2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyin xülasəsi hazırlanıb

2018-ci ilin dövlət büdcəsinə dair Hesablama Palatasının rəyi əsasında xülasə hazırlanıb.

Türk.az-ın məlumatına görə, Ali Audit Qurumlarının dövlət maliyyə inzibatçılığında şəffaflıq və hesabatlılığın yüksəldilməsi ilə bağlı fəaliyyəti dövlət büdcəsinin layihəsinə və icrasına dair hazırladıqları rəyin xülasə varinatının hazırlanmasını da nəzərdə tutur. Bu, dünya ölkələrinin təcrübəsinə geniş yayılmış bir yanaşmadır.

Dövlət büdcəsinə dair hazırlanmış rəyin sadələşdirilmiş qısa variantının hazırlanması, eyni zamanda, Beynəlxalq Büdcə Tərəfdaşlığı çərçivəsində Açıq Büdcə İndeksi ilə bağlı hesabatın hazırlanması zamanı kənar dövlət maliyyə orqanlarının fəaliyyətinin qiymətləndirilməsi üçün tətbiq edilən bir meyardır.

Hesablama Palatasının 2018-ci ilin dövlət büdcəsinə dair rəyi üzrə hazırlanmış xülasə dövlət vəsaitlərinin istifadəsinə nəzarətin genişləndirilməsi, şəffaflığın və hesabatlığın yüksəldilməsi, həmçinin bu sahədə ölkəmizin reytinq cədvəllərində yerinin möhkəmləndirilməsi məqsədi ilə Azərbyacan və ingilis dillərində tərtib edilib.

ƏvvəlkiFransadan Azərbaycanın xeyrinə daha bir ədalətli qərar
NövbətiTÜRK PA-nın baş katibi: “Birinci vitse-prezident Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir”