Şeyxin müavini: “Azərbaycanda heç kim dindar olduğuna görə təqib olunmur”

“Şeyxulislam Hacı Allahşükür Paşazadənin Nərimanov rayonunda yaşadığı yerdə tikilən iqamətgah ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilib”.

“Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda keçirilən konfransda deyib.

F.Nurullayev deyib ki, həmin iqamətgahda dini tədbirlər keçirilir: “Hazırda şeyxin yaşadığı evin yerləşdiyi torpaq sahəni ulu öndər hədiyyə edib. Həmin həyətdə Heydər Əliyevin təşəbbüsü ilə iqamətgah tikilib. Həmin iqamətgahda hər il iftar süfrəsi təşkil olunur. Rəsmi qonaqlar qəbul edilir”.

Sədr müavini deyib ki, Azərbaycanda dindarların ibadət etmələri üçün yüksək səviyyədə şərait yaradılıb: “Biz azad, demokratik ölkədə yaşayırıq. Dini etiqad azadlığımız var. Bu gün Azərbaycanda hər kəs məscidlərə rahat şəkildə gedib-gələ bilir. Heç kim dindar olduğuna görə təqib olunmur”.

ƏvvəlkiPrezident İlham Əliyev Avrasiya Yəhudi Konqresinin prezidentini qəbul edib
NövbətiNazir: “Ötən il Azərbaycan və Meksika arasında ticarət dövriyyəsi 35% artıb”