44 günlük Vətən Müharibəsinə həsr olunan müsabiqə keçiriləcək

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin həyata keçirdiyi “44 günlük Vətən Müharibəsi Tariximizin Zəfər Səlnaməsidir” layihəsinə start verilib.

Bu barədə saytımıza məlumat verən “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin sədri, “44 günlük Vətən Müharibəsi Tariximizin Zəfər Səlnaməsidir” layihəsinin rəhbəri Pərvanə Mustafayeva bildirib ki, 44 günlük vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar ən yeni tariximizin şanlı qəhrəmanlıq səhfəsidir. Ölkəmizdə vətənpərvərlik ruhunu təbliğ etmək xüsusilədə böyüməkdə olan gənc nəsili bu ruhda tərbiyyə etmək məqsədilə müasir Azərbaycan ədəbiyyatında bu mözvuda əsərlərin yaradılması son dərəcə vacibdir.

Bu layihə çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən Müharibəsində göstərdiyi qəhrəmanlığı tərənnüm edən əsərlərin yaradılması və təbliği məqsədilə şairlər arasında şeir müsabiqəsi keçriləcək, həmin şeirlərdən ibarət kitab nəşr olunacaq və sayıt hazırlanacaqdır.