3 May “Türkçülər günü”nü anmaq nə dərəcədə doğrudur?

Son 5 ildir ki, Azərbaycanda “Türkçülər günü” gənclər tərəfindən anılır. Ancaq bəzən bir sıra şəxslər tərəfindən bu günü ananlar tənqid edilir, bugünün bizlər üçün bir önəminin olmadığı cahil cəsarəti ilə irəli sürülür. Bu günün məmləkətimizdə önəm və anlamını idrak edərək konferans və bədii törənlər şəklində anılması Milliyətçi Gənclər Təşkilatı tərəfindən həyata keçirilir. Bu gün yalnız Türk milliyətçilərinin deyil, hər bir Azərbaycan vətəndaşının sayqı ilə anması gərəkən bir gündür. Bu sözümüzün də tarixi-elmi bir əsası vardır. Bu yazımızda “Türkçülər gününün” önəmini qısaca anlatmağa çalışacağıq.

1944-cü il. 1944-cü ildə bugün bağımsız olan yeddi Türk dövlətindən yalnızca Türkiyə bağımsız bir dövlət idi. Azərbaycan, Türkməneli, Qazaxeli, Özbəkeli, Qırğızeli isə Sovet işğal rejiminin əsarəti altında idi. 1944-cü il Sovet Rusiyasının və onun hakim idealogiyası olan Kommunizimin qılıncının qəbzəsi insanların əlini kəsdiyi bir dövr idi. Belə ki, artıq bütün əsir Türk yurdlarında Sovet işğal rejimi öz qruluşunu çoxdan tamamlamış və bütün Sovet Respublikları “Böyük Vətən” anlayışı ilə faşist Sovet Rusiyası öndərliyində faşist Almanyaya qarşı savaşırdı. Sovetlərin manqutlaşdırdığı Türk milləti Sovet işğal rejimini  “Böyük vətən” olaraq görürdü.

3 May 1944 “Türkçülər günün”nün önəmi tam anlamı ilə idrak edəbilmək üçün Türk yurdlarının bu ildə Sovet işğalında olduğunu göz önündə tutmaq lazımdır. Türk yurdları içərisində yalnızca Türkiyə Cümhuriyyəti bağımsız idi. Türkiyə bağımsız olmasına baxmayaraq Türkiyədə də Kommunizimin yayılma təhlükəsi və ölkəni idarə edən yüksək vəzifəli şəxslər arasında Sovyet Rusiyasına bir yaxınlıq duyulurdu. Bu yaxınlıq da tədricən Türkiyədə Sovet təəsirini artırırdı. Türkiyənin bu dönəmdəki cumhurbaşqanı İsmət İnönü idi. İsmət İnönün Sovet Rusiyası ilə yaxın münasibətdə idi. Azərbaycan Türklərinə qarşı edilən xəyanət və bunun bir nəticəsi olan “Boraltan qətliamı” da bunun ən böyük örnəyi idi.Kommunizim təhlükəsi artıq Türkiyədə də özünü göstərirdi.

“3 May Türkçülər Günü”. Türk yurdlarının Sovet işğalında olduğu və bağımsız Türkiyənin də Kommunizim təhlükəsi ilə qarşı-qarşıya qaldığı bir zamanda Türkiyədə Kommunizim təhlükəsinə qarşı ilk milli hərəkat başlanır. Bu hərkatın ilk qığılcımı bu dönəmdə Türkiyədə yüksək dövlət dairələrinə kommunistlərin işə alınmasına etiraz olaraq Nihal Atsızın dövrün Baş naziri Şükrü Saraçoğluna açıq məktub yazması ilə başlayır. Bu məktubdan sonra Türkiyənin sol yönümlü yazarlarından Sabahəddin Əli N.Atsızı məhkəməyə verir. 3 may 1944-cü ildə məhkəmə zalına buraxılmayan milliyətçi Türk gəncləri məhkəməyə etiraz əlaməti olaraq yürüyüş keçirirlər. Bu yürüyüş tarixə “3 may nümayişi” olaraq yazılır və bu yürüyüşdən sonra gənclər işgənclərə məruz qalır. Məhkəmə qərarı ilə Nihal Atsız ilə birlikdə Z.V.Togan, R.Oğuz Türkkan, Nurullah Barıman, Nejdet Sançar, Alparslan Türkeş, Cihat Savaşfer, Fethi Tevetoğlu, Cebbar Şenel və Cemal Oğuz Öcala həps edilirlər. Məhkəmə davam edən müddətdə Türkçülər müxtəlif ağır işgəncələrə məruz qalırlar. 1945-ci ildə 3 may tarixinin il dönümündə Topxana Hərbi Həpsxanasında Z.V.Togan, N.Atsız, N.Sançar, R.O.Türkkün başda olmaqla bir sıra Türkçülər bugünü “Türkçülər günü” kimi qeyd etmişlər və bu tarixdən etibarən bu hadisə “Türkçülər günü” olaraq qeyd olunmağa başlanmışdır. 3 may Türkçülər günü N.Atısızn da dediyi kimi nə bir bayram, nə də bir matəm günü deyildir. Bu günü sadəcə olaraq “Türkçülər günü” olaraq ifadə etməliyik.

Türk yurdlarının, eləcə də Azərbaycanın Sovet işğalında olduğu bir zamanda Türkiyədə həyat və yaradıcılıqlarını əsir Türk yurdlarının taleyinə həsr edən bu böyük şəxsiyyətlərin bizlərin üzərində böyük haqqları vardır. Bu səbəbdən içlərində Türküstan Milli Azadlıq Hərəkatının lideri, dünyanın qiptə etdiyi böyük alim Z.V.Togan kimi dahi şəxsiyyətlərin də olduğu bu hərakatın iştirakçılarını şükranla anmaq bizim milli borcumuzdur. 3 May Türkçülər günü yalnız Türkiyədə olan Türkçü aydınların və onların yolundan gedən Türkçülərin deyil, indi Sovet işğalından azad olan bütün Türklərin milli dirəniş günüdür. Bizlər 3 Mayıs ruhunu daim diri tutmalıyıq. Var olsun 3 Mayıs ruhu…

 

MGT Türkiyə rəhbəri: Odər Əlizadə