Əli Babacan AKP-dən istefa verib

Türkiyənin tanınmış siyasətçisi, keçmiş iqtisadiyyat naziri Əli Babacanhakim Ədalət və İnkişaf Partiyası (AKP) üzvlüyündən istefa verib.

Türk.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, bu barədə yazılı açıqlama yayıb.

Qeyd edək ki, Əli Babacanla baş nazirin keçmiş müavini Bülent Arıncın yeni siyasi partiya quracağı bildirilmişdi.

Xatırladaq ki, Əli Babacan 1967-ci il aprelin 4-də Ankarada anadan olub. O, 2007-2009-cu illərdə Türkiyənin xarici işlər naziri, 2009-2015-ci illərdə Türkiyə baş nazirinin müavini işləyib.

ƏvvəlkiAzərbaycanda taxıl biçini üzrə ən yüksək məhsuldarlıq Bərdədə, ən aşağı məhsuldarlıq isə Abşerondadır
NövbətiAtəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub