Ərdoğanla Putin Ermənistan-Azərbaycan gərginliyini müzakirə etdilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə liderinin dəftərxanası məlumat yayıb.

Qeyd edilir ki, dövlət başçıları ölkələr arasındakı ikitərəfli münasibətləri, eyni zamanda Ermənistanla Azərbaycan arasında yaranmış gərginliyi müzakirə ediblər.

“Ermənistan-Azərbaycan dövlət sərhədi ərazisində vəziyyətin kəskinləşməsi kontekstində Zaqafqaziyada vəziyyət haqqında fikir mübadiləsi aparılıb. Vladimir Putin gərginliyin eskalasiyasına imkan yaradan istənilən hərəkətlərə yol verilməməsinin əhəmiyyətini vurğuladı.

Hər iki tərəf münaqişə vəziyyətinin dinc, danışıqlar yolu ilə həllində maraqlı olduğunu bildirib. Bölgənin sabitləşməsi üçün səylərin əlaqələndirilməsinə hazırlıq ifadə edilib”, – deyə xəbərdə qeyd edilir.

Telefon danışığında həmçinin Suriya və Liviyada yaranmış mövcud vəziyyət də diqqət mərkəzində olub.